YAŞAMAQ GÖZƏLDİR

HƏFTƏ İÇİ HƏR GÜN 17:00




"Yaşamaq gözəldir" proqramının formatı və məqsədi tamaşaçıların ürəyincədir.

Belə ki, bu veriliş vasitəsilə onlarla xeyriyyə aksiyaları təşkil olunur. Milli Oftalmologiya Mərkəzi ilə birgə göz xəstəliklərindən əziyyət çəkənlərin ödənişsiz müayinə, müalicə və əməliyyat olunması, Səhiyyə Nazirliyi ilə birgə “QİÇS”ə qarşı mübarizə aksiyası, uşaq evi və internat məktəblərindəki xeyriyyə aksiyaları, gündəlik müraciətlərə əsasən onlarla xəstənin müayinə və müalicəsini, əməliyyatlarını təşkili, aztəminatlı və tənha insanlara yardım kimi ənənələri olan bu veriliş, artıq insanların ümid yerinə çevrilib.

İllərdir davam edən "Yaşamaq gözəldir" proqramında respublikanın bütün sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər, həkimlər, ekspertlər verilişdə iştirak edib və canlı efir vasitəsilə çoxsaylı telefon zənglərinə cavab verib, eləcə də televiziyaya daxil olan müraciətlərə baxılıb.