Tamaşaçı üçün ona maraqlı olan bir şəxsi öz rayonunda, hətta öz evində görmək olduqca gözlənilməz və cəlbedici sürprizdir. Kimsə adi bir qonaq kimi sizin qapınızı döyür və siz qapını açıb qarşınızda efir məkanından gözəl tanıdığınız məşhur birisini görürsünüz. Ən maraqlı cəhət həm də ondan ibarətdir ki, döyülən qapı qabaqcadan planlaşdırılmadan, təsadüfi, qeyri-ixtiyari seçilir. Seçilən qapının ev yiyəsinin təəccüb və sevinci izləyicilər üçün də xüsusi rezonans yaradır və həmişə maraqla baxılır. “Kim var, Kim yox?” layihəsinin məqsəd və mahiyyəti də məhz bundan ibarətdir. Bunlarla yanaşı tamaşaçılar getdiyimiz rayon haqqında da istənilən məlumatı əldə edə bilirlər. Veriliş əyləncəli həm də maarifləndirici xarakter daşıyır.