Bu videolar faciəyə səbəb olur: 3 yeniyetmə xəstəxanalıq oldu - VİDEO

23 2020 16:26

Bir müddətdir artıq çelenclər “İnstagram” və “Tik-tok” kimi sosial şəbəkələrdə çox məşhurdur. Bu “meydan oxumalar” müxtəlif formatda olur. Lakin bunlardan bəziləri hətta faciəyə yol açacaq qədər təhlükəli olur.

 

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişi məsələ ilə bağlı ətraflı sujet hazırlayıb.

 

Sakin: “Gənclərin bu kimi şəbəkələrdən asılılığı, təhlükə ilə oynamaları birbaşa olaraq valideynlərin məsuliyyətsizliyinin nəticəsidir”

 

Rəşad Əliyev – İT mütəxəssisi: “Valideynlər bir az diqqətli olmalıdırlar”.

 

Gülər Məmmədova – Psixoloq: “Gənclər bu kimi vərdişlərlə eqosentrik tətmin edirlər özlərini. Bu davranışlardan belə nəticəyə gəlmək olar ki, gənclər kütlə içərisində özünü nümayiş etdirərək özlərini tətmin edirlər ki, bu da insanın daxili aqressiyasından qaynaqlanır”.

 

Məsələn bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində məktəblilər bir çellenc başlatmışdı. Onlar hallusinasiya görmək üçün allergiyaya qarşı olan “Benadril” preparatını böyük dozalarda qəbul edirlər. Təhlükəli oyun Rusiyada üç yeniyetməni xəstəxanalıq edib. Çellenclə bağlı heşteq artıq 55 milyon baxış toplayıb.

 

Rəşad Əliyev – İT Mütəxəssisi: “Bu insanları həvəsləndirir və həmin məhsulu istifadə edərək reklamını aparırlar həm də. Bu məhsulların içərisində içkilər, narkotik, psixotrop dərmanlar da ola bilər”.

 

Bundan başqa “Tik-Tok” da gülməli görünsə də təhlükəli nəticələr verəcək çellenclər başladılır.

 

Üzeyir Şəfiyev – Sosioloq: “İnsanlar bəzən müxtəlif sosial şəbəkə istifadəçilərinin selinə qoşulurlar. Bu da insanların bir-birinə qarşı aqressiyasını artırır.  

 

Xatırladaq ki, Amerikada, Türkiyədə sosial şəbəkələrin fəaliyətinə nəzarətlə bağlı xüsusi qanunvericilik var . Bu qanunların köməyilə sosial şəbəkələr birbaşa nəzarət götürülür. Ölkəmizdə sırf sosial şəbəkə davranışlarını tənzimləyən ayrıca qanun yoxdur.

 

Üzeyir Şəfiyev – Sosioloq: “Bu kimi davranışlar artıq hüquqazidd əməllərlə nəticələnir. Ona görə də bu kimi əməlləri tənzimləmək üçün sosial şəbəkələrlə bağlı ayrıca bir qanuna ehtiyac yaradacaq”.

 

Rəşad Əliyev – İT Mütəxəssisi: “Sosial şəbəkələrin belə bir qaydası var, onlar şəbəkədə yerləşdirilmiş kontentə görə heç bir məsuliyyət daşımır. Yerləşdirilən məzmuna görə hər bir şəxs özü məsuliyyət daşıyır”.

 

Lakin xatırladaq ki, sosial şəbəkələrlə bağlı ayrıca qanunvericliyi qəbul etmiş ölkələrdə birbaşa sosial məsuliyyəti şirkət özü daşıyır.