ARB TV-nin “Xəbər Ətər” verilişinin növbəti qonağı yazıçı-kulturoloq Aydınxan Əbilov olub. Kulturoloq dəyişən yeniliklərdən danışıb:“Hər dəfə yeni nəsil gələndə yenilik etməlidirlər ki, seçilsinlər. Məslən Dilarə Kazımova fərqli bir stil gətirdi. Anama desəm ki, Dilarəni dinlə, məni süpürgə ilə qovar. Amma fakt odur ki, oğlum Dilarə xanımı dinləyir. Azərbaycanda intellektual və əqli mülkiyyətə qiyməti biraz artırmaq lazımdır”.Qeyd edək ki, “Xəbər Ətər” verilişi ARB TV-nin yeni mövsüm layihələrindən biridir. Veriliş həftə içi 5 gün 09:55-də canlı olaraq tamaşaçıların evinə qonaq olacaq və 2 saat boyunca maraqlı müzakirələri, məşhur qonaqları, dadlı təamları ilə izləyiciləri sevindirəcək.