ARB TV-nin “Xəbər Ətər” verilişinin növbəti qonağı müğənni Dilarə Kazımova olub.Müğənni karantindəki fəaliyyətindən söhbət açıb:“Dayana bilmirəm, enerjim çoxdur. İfa etməyi, klip çəkdirməyi, fotosessiya etdirməyi sevirəm. Əlbəttə ki, karantin müddətində icazə verilməyəndə işləməyi dayandırmışdıq. Yeni fikirlər toplayırdım və artıq fotosessiyalarımı ard-arda edirəm”.Qeyd edək ki, Xəbər Ətər verilişi ARBTV-nin yeni mövsüm layihələrindən biridir. Veriliş 09:55-də canlı olaraq tamaşaçıların evinə qonaq olacaq və 2 saat boyunca maraqlı müzakirələri, məşhur qonaqları, dadlı təamları ilə izləyiciləri sevindirəcək.