Hər zaman orijinallığı ilə seçilən ARB TV yeni mövsümdə də fərqliliyini nümayiş etdirəcək. Kanalın bu mövsümdəki yeniliklərindən biri də “Bazardüzü” proqramıdır.Adından da bəlli olduğu kimi “Bazardüzü”ndə, müzakirə edilən mövzu və qalmaqalların həm “duz”, həm də “düz” tərəfini görəcəksiniz.Nazilə Səfərli və Şamil Famillinin təqdimatında yayımlanacaq proqramda tanınmış ekspertlərin, estrada ifaçılarının, aktyorların, incəsənət xadimlərinin və yaradıcılıqla məşğul olan insanların iştirakı ilə gündəmdə və diqqətdə olan mövzular müzakirə ediləcək.
Maraqlı və dinamik tərzdə olacaq “Bazardüzü” proqramı 27 sentyabrdan etibarən mavi ekranlarınıza rəng qatacaq.Qeyd edək ki, Şamil Familli 1990-cı illərdə televiziya məkanlarında ən öndə olan simalardan biri kimi fəaliyyət göstərib.