ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində mərhum xalq artisti, aktyor Rafael Dadaşovun həyat və yaradıcılığından danışılıb.
Verilişdə qonaq olan mərhum sənətkarın qızı Səidə Dadaşova atasının sağ ikən xoşbəxt bir kişi olmadığını bildirib:
“Atam sənətkar olaraq sevilirdi, xoşbəxt idi, amma bir kişi kimi xoşbəxt deyildi. Minlərlə, milyonlarla sevəni, pərəstişkarı olsa da qadın sarıdan xoşbəxt ola bilmədi. Səbəbi o idi ki, o çox sadiq insan idi. Anam da xoşbəxt qadın idi ki, yaxşı övladları var, milyonların sevimlisi olan həyat yoldaşı var, amma atam bir kişi kimi xoşbəxt ola bilmədi”.
https://youtu.be/MxkUo6TcKJw