ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı xalq artisti Gülyanaq Məmmədova olub.Sənətçi həyat yoldaşının ona dəstək olduğunu deyib:“Həyat yoldaşım da mənimlə birgə yorulur. Əslində onun əziyyəti məndən çoxdur. Əgər bu sənətdə nəsə əldə edə bilirəmsə, hər kəsə olduğu kimi Ziyaya da minnətdaram. Onun dəstəyi mənim üçün önəmlidir. Kişi və ya qadın fərq etmir, hər bir yaradıcı insan üçün həyat yoldaşının dəstəyi vacibdir”.