ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Nura Suri olub.
Müğənni üzə gülüb, arxada danışan həmkarlarından söz açıb:
“Gəlirəm yanından keçirəm, üzümü o yana çevirən kimi arxamca danışırlar. Özü də paxıllıqdan danışırlar. Heç görmüsünüz ki, mən keçmiş həyat yoldaşımdan danışım, yaxud sevgili belə gəldi, filankəs belə getdi? Bu şeylərdən çox uzağam. Mən düşünürəm ki, iki nəfərin arasında münasibət varsa bu öz yaxın adamları arasında qalmalıdır.
Biri digərindən ayrılır, başlayır car çəkməyə. Bunlar hamısı lazımsız şeylərdir. Mən heç vaxt belə şey etmirəm, edənlərdən də danışanda o dəqiqə deyirlər ki, Nura təhlükəli adamdı.
Bəzən deyirlər ki, filankəs səmimidir. Bu mənə çatmır, insan hamı ilə səmimi ola bilməz. İnsan ancaq özü ilə hamamda səmimi ola bilər. Tam səmimi insan lüt insandır, onların ruhu lüt olur.
Belə şeylər ayıbdı, insanlardan nə qədər uzaq olsan, o qədər yaxşıdır”.