ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı stilist Anar Ağakişyev olub.Stilist bəzən insanların üzlərinə qüsurları sərt şəkildə dediyini etiraf edib: “O qədər çox olub ki, qüsurları insanların üzünə deyib ağlatmışam ki... Ümumiyyətlə yavaş-yavaş hazırlayıram və sonradan qəfil deyirəm. Necə gülə-gülə deyim ki, ay sənin bir qaşın aşağıdadır, bir qaşın yuxarıda. Sərt şəkildə deyilir ki, insan başa düşsün”.