ARB TV-nin “Hüseynova bacıları” verlişinin növbəti qonağı aktyor Nicat Kazımov olub:Aktyor ayağının neçə iflic olmasından danışdı:“Biz sənət adamları ev adamı deyilik. Bizim işimiz ancaq səhnələrdə, məşqlərdə, tədbirlərdə keçir. Bir müddət evdə olduq və nə yaxşı ki, belə oldu. Karantinin ən vacib şərtlərdən biri isə evdə qalmaq idi. Evdə qala bilməyən üçün isə evdə qalmaq çox çətindir. Bir tərəfdən də bütün dərslər onlayn sistemdə keçirilir. Bütün bunlar insana əsəb gətir və biraz da evdə bekar qalırsan. Mən də başladım karantində yer belləyib, ağac əkməyə. Sonra isə qaynatamgilin bağında şitil əkdim. Ayağımın üstündə çox oturdum və dizdən aşağı iflic oldu. Əvvəl yeriyə bilmirdim, şükür ki, müalicə ilə yaxşıyam”.