“Fəhlə olmuşam” – Mənzurə Musayeva – VİDEO

13 2020 11:24

ARB TV-nin “Elgizlə İzlə” verilişində qonaq olan müğənni Mənzurə Musayeva olub.

Maraqlı açıqlamalar edən sənətçi qadınların həyat yoldaşlarından qorxmalı olduğunu deyib:

“Hər kəs sənətinin fəhləsidir. Mən də fəhlə olmuşam. Gedib, işimi görüb gəlmişəm. Amma nə olardı ki, bir kişi içəri girib deyərdi ki, al bu 300 manatı, get özünə ayaqqabı al. Qısqanc olmayan kişini də sevmirəm. Çünki indiki zamanda xanımı nəzarət altında saxlamaq lazımdır ki, bəzi hərəkətlər olmasın. Bilsin ki, evdə kişi var. Qadın kişidən qorxsa bəzi hərəkətləri etməz”.