ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Zenfira İbrahimova olub.Müğənni yaşadığı çətin həyatdan danışıb:“Bizim Bakı şəhərinə gəlməyimiz qaçqınlıq dönəminə təsadüf etdi. Bakı Dövlət Universitenin 8 saylı yataqxanasında 1 otaqda böyümüşük. Atam xəstə idi. Anam tez-tez ora-bura gedib-gəlirdi. Mən də anamı əvəz edirdim. Gecədən-səhərə kimi orada gözətçi kimi də qalırdım. 9 yaşım var idi. Heç vaxt keçmişimi danmamışam. Bu mənim üçün qara deyil”.