1985-ci ildə İsmayıllı şəhərində anadan oldum.
2002-ci ildə İsmayıllı şəhər 1 saylı orta məktəbi bitirdim.
Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına qəbul oldum. 2-ci kursdan Xüsusi İstedadlar Qrupuna keçirildim, 2006-cı ildə bakalavr pilləsini başa vurdum.
1 il (2006-2007) Daxili Qoşunlarda hərbi xidmətdə oldum.
2008-2010-cu illərdə İqtisad Universitetində magistr dərəcəsi aldım.
2005-2008-ci illərdə MÜLLER İNTERYER şirkətində mühasib, baş mühasib, maliyyə direktoru vəzifələrində işlədim.
2008-2011-ci illərdə MÜLLER İNTERYER şirkətinin direktoru oldum.
2011-2012-ci illərdə EUROLUX və İDEA şirkətlərində rəhbər vəzifələrdə işlədim.
2012-2013-cü illərdə ORO MEBEL şirkətinin Baş Meneceri oldum.
2013-2015-ci illərdə AZGRANATA şirkətində vitse-prezident işlədim.
2015-ci ilin iyul ayından DəmirBank ASC-nin Marketinq Departamentinin Direktoruyam.
İqtisad Universitetinin MBA proqramında Menecment və Marketinq üzrə mühazirələr keçirəm.
Marketing AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisiyəm.
Azərbaycanın ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumunun (MMF) təsisçilərindən biriyəm.
“Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) kitablarının müəllifiyəm.