Dünən dostlarımızla bu mövzuda söhbət zamanı, çox məhşur “uğur”lu sözünə müxtəlif tərifləri səsləndirildi. Həqiqətən də uğurlu biznes adamı və ya uğurlu şəxs son dərəcə subyektiv anlayışdır. Kiməsə görə uğur ayda 1 mln. dollar qazanmaq, kiməsə görə uğur ayda 1000 qazanıb, evə çörək aparıb onu rahat yeyə bilməkdir. Bu yazıda Azərbaycan reallıqlarında uğurlu insan anlayışına açıqlama verməyə çalışacayıq.
Yazını yazmaqda digər ilham qaynağı, butün yazılarını bir-bir oxuduğum bloger Kraynov oldu. O bu istiqamət üzrə fikirlərini bu yaxınlarda paylaşmışdı. Düşündüm, eyni mövzu Azərbaycan reallıqlarındada çox aktualdır.
Əziz oxucu, sosial şəbəkələrin bizim həyatımızın tərkib hissəsi olduğu kimi, bizlərə yeni həyat standartları formalaşdırıb. Artıq etdiklərimizin bir çoxu məhz facebook, instagram üçün olduğu heç birimiz üçün sirr deyil. Təbii olaraq sosial şəbəkələrdə bizim üçün uğurlu insan portreti təklif edir, yaradır. Adətən facebookda uğurlu olan insanlar sosial şəbəkələrdə çoxlu statuslar yazan, öz şəxsi həyatları barədə məlumatlar (şəkillər, videolar, statuslar) paylaşanlar olurlar. Bizim Sizinlə danışmaq istədiyimiz tip “facebook uğurluları” deyil.
Uğurlu insanları xaratkerizə edən parametrləri iki qrupa ayırmaq olar: xarici və daxili parametrlər. Xarici paramertlər dedikdə biz görünən tərəfləri, yəni hamı tərəfindən müşahidə edilə biləcək xüsusiyyətləri başa düşürük. Daxili parametrlər daha çox şəxsin özünə məxsus xüsusiyyətləridir. Bu yalnız onların özündə olur, amma unutmaq olmaz ki, məhz daxili göstəricilər bir insanı digərindən daha uğurlu edə bilər.
Uğurlu insanın xarici parametrləri hansılardır:
Uğurlu insanın daxili paramemtrləri hansılardır:
Əziz oxucu, uğur heç bir şəkildə təsadüflə olmur. Yalnız yorulmaz işləməklə buna nail olmaq daha asandlaşa bilər (bu heçdə o demək deyil ki, yalnız işləməklə uğurlu olurlar və s.). Hesab edirəm ki, bir sahədə fokuslanmaq və konkret hədəflər işləmək bizi uğura dahada yaxınlaşdıra bilir.
Uğur heç bir şəkildə proses deyil. Uğur nəticədir, hədəfdir. Necə deyərlər layihə elmidir və konkret zaman kəsiyində ola bilir, ola bilər. Bu yazı Novruz Bayramı ərəfəsində yazılır, hər birinizə Yeni Gündə, Novruzda bol-bol uğurlar arzu edirəm. Arzu edirəm ki, bizim bloqun oxucuları arasında uğurlu insanların sayı çox olsun.