AZƏRBAYCAN KİNOSU GÜNÜDÜR - VİDEO

02 2018 16:19

2 avqust kino işçilərinin pesə bayram - azərbaycan kinosu günüdür.

1898-ci il avqustun 2-də bakıda  fotoqraf Aleksandr Mişonunu lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət buxara əmirini yola salma mərasimi” və digər xronikal sənədli, bədii süjetlərin müstəqil nümayişi Azərbaycan kinosunun yarandığı gün kimi tarixə düşüb. Zəngin ənənələrə malik Azərbaycan kinosunun vəziyyəti bu gün
ürəkaçandırmı?

Azərbaycanda kinonun əsasının qoyulduğu 1898-ci il avqustun 2-dən indiyədək müxtəlif janrda 2 mindən artıq film çəkilib. Kino sənəti Azərbaycan xalqının milli–mənəvi, mədəni həyatında mühüm rol oynayıb. Xüsusilə, Sovet dönəmində istehsal olunan filmlər incəsənətə, mədəniyyətə xidmət missiyasını tam mənada yerinə yetirib. Təəssüf ki, müasir Azərbaycan filmləri haqqında bunları demək mümkün deyil. Ekspertlərin fikrincə, buna səbəb müstəqillik dövründə kinoda yaranan fasilə və maddi-texniki bazanın çatışmazlığıdır.


Əbdul Mahmudbəyov – Kinorejissor: “Kino sintetik sənətdir, böyük kollektiv işidir. Burada yaradıcılıqla məşğul olan, bütün sahələrdəki insanlar iştirak edirlər. Musiqidən, ədəbiyyatdan tutmuş, texniki personajlara qədər. Əgər böyük kinodan danışırıqsa, bu kompleks şəkildə bərpa olunmalıdır. Qonşudan gələn çıraqla işıqlı olmaq mümkün deyil”.

1980-ci ildə cəkilən “Yol əhvalatı” filmindən olan bu fraqmentdə tamaşaçı vəziyyətə gülür. Hər hansı vulqar söz və ya söyüş gülüş predmeti deyil. Bu gün isə, Azərbaycan tamaşaçısı kommersiya məqsədi ilə çəkilən ucuz və bayağı filmlərə baxmaq məcburiyyətindədir. Komediya janrinda çəkilən filmlər ucuz gülüşdən başqa birşey deyil.

Təbii ki, bu, tamaşaçı zövqünə bilavasitə təcavüzdür. Kino mədəniyyyət, vəzifəsi isə tamaşaçını maarifləndirməkdir. Bəzi yeni filmlər isə kücə ifadə və jarqonlarını evlərə daşıyır. Kino xadimləri deyirlər ki, bu tip filmlərin Azərbaycan kino mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Peşəkar və ugurlu olan filmlər isə barmaqla sayılacaq qədərdir.

Ayaz Salayev – Kinorejissor: “Komediyaları və özəl pulla çəkilən filmləri mən kino saymıram. Bunun milli mədəniyyətə aidiyyatı yoxdur. Bu filmlər tamaşaçıların zövqünü dəhşətli dərəcədə aşağı salır. Bu haqda söhbət də etmək istəmirəm. Amma, ümumiyyətlə bu gün Azərbaycan kinosunda böyük potensial var. Həm yaşlı, həm orta, həm də kiçik nəsil. Mən İncəsənət Universitetində dərs deyirəm. Çox gözəl uşaqlar var”.

İnternet və kommunikasiya vasitələri artıq dünyanı cox kiçik edib. Tamaşaçı dünyanın istənilən ölkəsində istehsal olunan filmə baxa bilir. Yəni rəqabət özünün pik həddindədir. Kinomuzun indiki vəzziyyəti isə bu rəqabətə yalnız uzaqdan tamaşa edir.

Müşfiq Hətəmov – “Azərbaycabfilm” kinostudiyasının direktoru: “Dünyanın ən güclü rəqabət olan sahəsidir. Biz də bu sahədə öz millətimizə məxsus olan milli müxtəlifliyimizi filmlərdə canlandırsaq, bizə məxsus dəyərləri dünyaya çatdırsaq, biz bu rəqabətin tələblərinə cavab verəcəyik”.

Yeri gəlmişkən, bir fakta diqqət yetirək. Amerika Birləşmiş Ştatları öz siyasi diplomatiyasında filmlərdən ağır silah kimi istifadə edir. Hər hansı siyasi gediş, qaralama və qarayaxma filmlərin mövzusuna çevrilir. Hollivud artıq Birləşmiş Ştatların sütunlarından biri halına gəlib. Yəni, kinonun gücündən tam istifadə olunur. Azərbaycan kinosunun da səviyyəsinin artırılmasına ciddi ehtiyac var.