“Fala baxmaq, bəxt açdırmaq günahdır” – Ekstranses efirdə həmkarlarını yıxıb-sürüdü – VİDEO

03 2018 17:51

“Falçı yanına gedincə, Allaha dua edin”

ARB TV
-nin “Düz bazar” verilişinin qonağı olan ekstrasens Həsən Həsrətli maraqlı açıqlamalar verib.

O, həmkarlarını tənqid edib: 

“Dünən ekstrasenslərlə bağlı bir jurnalistin yazısını oxudum və özüm də həmin peşədən olmama baxmayaraq, mən yazıdakı tənqidlərə haqq verdim. Çünki mən artıq Azərbaycanda ekstrasens sözünü üstümdən atıram. Hər yerindən duran ekstrasens çıxıb. Ona görə mən bu sözü üzərimə götürməyə utanıram. Ekstrasens yanına gələnə kimi, evinizdə oturub Allaha dua edin. Heç kimin qapısına getməyin. Fala baxmaq, bəxt açdırmaq günahdır. Nəinki başqalarının yanına getmək, heç mənim yanıma gəlməyin. Ekstrasens yanına gedənlərin 90%-i pislik üçün gedir”.