“Meyxanadan bezirəm” – 30 ildir sənətdə olan Mehman Əhmədli - VİDEO

14 2018 13:33

ARB TV-nin “Kimi tapdın sən” verilişinin növbəti qonağı meyxanaçı Mehman Əhmədli olub.

O, sənətə yeni gələn, amma bu barədə təsəvvürü belə olmayanları tənqid edib:

“Meyxanadan bezdiyim vaxtlar olub. Təzə-təzə başlayan zamanlar, xüsusən də son vaxtlar meyxanadan kənar olanları və insanların bunu dəstəkləməyini görəndə bezirəm. 

30 ildir meyxana sənətindəyəm. Meyxananı qorumaq üçün mübarizə aparıram. Bu mübarizəmə paxıllıq edənləri görəndə isə insan istər-istəməz sönür. Meyxana əsrlər
lə süzülüb xalqdan gələn bir şeydi. Bunu qoruyub saxlamaq lazımdır”.