Layihələr
TV proqram
Xəbərlər
Marketinq
Rafiq Vəliyev (Marketer Məhərrəm)
Rafiq Vəliyev (Marketer Məhərrəm)
Mən, Rafiq Vəliyev 1985-ci ildə anadan olmuşam.
Təhsilim:
2003-2007-ci illə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə təhsil almışam.
2008-2010-cu illər isə eyni universitetin magist pilləsini yenə Marketinq ixtisası üzrə bitirmişəm.
Daha sonra 2010-2012-ci illərdə Türkiyə Respublikası Anadolu Universitetinin Halkla İlişkiler ve Tanıtım bölümünü bitirmişəm.
2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Doktoranturasına daxil olmuşam, dissertantam. Qismət olsa, gələn ilin sonuna Müştəri Münasibətləri Menecmenti istiqaməti üzrə fəlsəfə doktorluğunu müdafiə etməyi planlaşdırıram.
İş təcrübəm:
2002-2007-ci illər hərbi, hüquq və vətənpərvərlik qəzeti olan “Hərbi And” qəzetində analitik bölmədə yazar, bir çox qəzetlərdə araşdırmaçı yazar kimi çalışmışam. Bu günədək qəzetlərdə 200-dən çox məqaləm çap olunub. Azərbacyanda ilk dəfə sistemli şəkildə “məxfilər” bölməsi altında dünya kəşfiyyat sistemlərinə aid 40-dan analitik yazının müəllifiyəm.
2007-2009-cu illər Müdafiə Nazirliyi Hərbi Nəşriyyatında analitik yazar olaraq fəaliyyət göstərmişəm.
Yazarlıq hobbimdir, araşdırmağı, təhlil etməyi və yazmağı çox sevirəm.
2006-2007-ci ildə parallel olaraq Nurgün Şirkətlər Qrupunda Qida Departamenti Marketinq Meneceri (Nestle brendi üzrə) işləmişəm.
2009-cu ildən 2015-ci ilin iyununadək İdeal parfum və kosmetika mağazalarında marketinq direktoru olmuşam. 2015-ci ilin oktyabr ayınadək isə həmin şirkətdə idarə heyətində Marketinq Auditi üzrə direktor vəzifəsində çalışmışam.
Hazırda Gilan Holdqinq FMCG Qrupu Strateji Marketinq Direktoru vəzifəsində çalışıram.
Eyni zamanda 2011-ci ildən fəaliyyət göstərən məşhur marketinq portallarından olan www.facemark.az saytının təsisçiyəm. 2012-ci ildən fəaliyyət göstərən Azərbaycanın ilk praktiki marketinq təlimi olan Marketing AİR-in və ilk onlayn marketinq televiziyası FMR TV (facemark.tv) həmtəsisçisiyəm.
Hobbim
yuxarıda dediyim kimi yazmaqdır, kitab oxumağı həddindən çox sevirəm, oxumaq qədər kitab yığmağı da sevirəm. Hər bir marketoloqun bilməli olduğu sahələr arasında tarix, psixologiya, ədəbiyyat da olmalıdır düşüncəsinə əsaslanaraq bu 3 sahəni mütəmadi olaraq izləyirəm, öyrənirəm.
Uzun zaman qəzetdə yazar olarkən
Hunaltay
təxəllüsündən istifadə etmişəm. Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı
Marketer Məhərrəm
təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir.
Əlaqə:
mail:
hunaltay@gmail.com
Tel: +99455 201 66 66
Yazılar
Sağa-sola placement - Müdirin xoşuna gəlmək, yoxsa peşəkarlıq?
Televiziya kanallarına hansı vasitələrlə baxırıq?!