Ötən mövsüm maraqla izlədiyiniz “Uçurum” bu mövsüm də sizin diqqətinizi çəkməyə iddialıdır. Bu dəfə siz ekranda tam fərqli “Uçurum” izləyəcəksiniz.Belə ki, universitet illərində Sevda və Ayazla bir qrupda oxuyan Əsmərin Ayazla yaxın münasibəti olur. Validenyləri isə Əsməri rayonda yaşayan çox imkanlı bir ailəyə məcburi ərə verirlər. Toy gecəsi Əsmərin şəhərdə başına gələnlərin üstü açılır və bundan xəbər tutan həyat yoldaşı Vaqif onu cəzalandırır. Bir müddət sonra Əsmərin hamilə olduğunu bilən Vaqif Əsməri boşamır. Çünki xəstəliyi ilə əlaqədar heç vaxt övladı ola bilməyəcəyi özünə məlum idi. Əsmərin oğlu dünyaya gəlir və uşağa Vaqifin atasının adı – Eldar qoyulur. Uşaq bu ailənin yeganə varisi sayılır. Əsmər bu müəddətdə evdə çoxlu zülm olunur, o daha dözmür və uşağını da götürüb Bakıya qaçır.Bu ərəfədə Ayazgilin ailəsində yeni mühim hadisə baş verir. Kazımın birinci həyat yoldaşından olan oğlu və arvadı qəflətən peyda olur və evin bütün düzənini pozur. Bu ailənin digər böyük problemi Əsmər və onun oğlu Eldardır. Eldar həm də Ayazın oğludur. Ayazsa bundan bixəbərdir. Bu sirrin üstü istənilən an açıla bilər. Serial bunun gərginliyi ilə davam edir.