PƏNCƏRƏ

ŞƏNBƏ-BAZAR 20:30

 

“Pəncərə” verilişi həftəiçi iki gün – şənbə və bazar günləri ARB TV-də efirə gedən sosial-əyləncəli bir layihədir. Burada tamaşaçılara həftə ərzində sosial şəbəkələrdə paylaşılan ən maraqlı xəbərlərdən, foto-videolardan və müxtəlif paylaşımlardan seçmələr təqdim olunur. Sosial şəbəkə istifadəçilərinin müxtəlif mövzularla bağlı yazdıqları şərh və statuslar da öncədən seçilir, redaktə edilərək efirə verilir. Məqsəd virtual aləmdə müşahidə olunan aktivliyi ekrana daşımaq, buranın daimi istifadəçi auditoriyasını ARB-nin daimi tamaşaçısına çevirməkdir. Veriliş aparıcı mətni və süjetlərdən ibarətdir. 28 dəqiqəlik xronometrajla efirə çıxan “Pəncərə”də tamaşaçılar həm yerli, həm də əcnəbi paylaşımlardan hazırlanmış süjetləri izləyirlər.