EVGÖRDÜ

HƏFTƏ İÇİ 5 GÜN 17:30

 

Məşhur insanların evinə qonaq gedərək onlarla maraqlı və əyləncəli vaxt keçirmək.Onların fərqli yaşam tərzini izləyicilərlə bölüşmək, ən əsası efir vasitəsilə izləyicilərə maraqlı və əyləncəli həftə sonu yaşatmaq. Veriliş aparıcının salamlaşması ilə başlayır. Qonağı olduğumuz məşhurla onun sənəti və şəxsi həyatı ilə da bağlı söhbətlər aparılacaq. Aparılan söhbətlər daha çox zarafatlarla dolu və əyləncəli olacaq ki, izləyicilər sıxılmasın. Aparıcı qonağı olduğu məşhurun evinin önündə onun haqqında məlumat verərək evə daxil olacaq. Onu qarşılayan məşhur ilk olaraq evi ilə tanış edəcək. Daha sonra günlük ev həyatının necə keçdiyindən danışacaqlar. Verilişdə bəzən aparıcı ev sahibi ilə birlikdə mətbəxə daxil olaraq, tez hazırlanan yemək də bişirə bilər. Mətbəxə girməkdə məqsəd qonağı olduğumuz məşhurun yemək hazırlamaq və qonağa qulluq etmək bacarığını yoxlamaqdan ibarətdir.