YAŞAMAQ GÖZƏLDİR

HƏFTƏ İÇİ 6 GÜN 14:00

Sızanaqlardan əziyyət çəkirsiz və heç bir üsul sizə kömək etmir? O zaman siz bizi izləməlisiz."Yaşamaq Gözəldir"də bu gün sızanaqlara çarə olacağıq.Ginekoloji problemləri də dərd etməyin.Hind Klinikasının mütəxəssisi ginekologiya sahəsində bir çox işlər görmüş mama-ginekoloq Racani Çandra studiyamızda qonaq olacaq və suallarınızı ona ünvanlaya biləcəksiz.




Verilişin formatı və məqsədi tamaşaçıların ürəyincədir. Belə ki, bu veriliş vasitəsilə onlarla xeyriyyə aksiyaları təşkil olunur. Milli Oftalmologiya Mərkəzi ilə birgə göz xəstəliklərindən əziyyət çəkənlərin ödənişsiz müayinə, müalicə və əməliyyat olunması, Səhiyyə Nazirliyi ilə birgə “QİÇS”ə qarşı mübarizə aksiyası, uşaq evi və internat məktəblərindəki xeyriyyə aksiyaları, gündəlik müraciətlərə əsasən onlarla xəstənin müayinə və müalicəsini, əməliyyatlarını təşkil etmək, aztəmiantlı və tənha insanlara yardım kimi ənənələri olan bu veriliş artıq insanların ümid yerinə çevrilib. İndiyədək respublikanın bütün sahələr üzrə yüksək ixtisaslı mütəxəssisləri, həkimlər, ekspertlər verilişdə iştirak edib və canlı efir vasitəsilə çoxsaylı telefon zənglərinə cavab verib, eləcə də televiziyaya daxil olan müraciətlərə baxıblar.