AC ELVİS

ŞƏNBƏ 11:00

 

Azərbaycanın rayonlarında yerləşən müxtəlif insanların evinə qonaq gedərək milli mətbəxlə tanış olmaq, maraqlı və əyləncəli vaxt keçirmək. Ən əsası efir vasitəsilə izləyicilərə zəngin mətbəx nümunələrimizi tanıtmaq. Veriliş aparıcının getdiyi məkana daxil olub həmin yerlə qısa tanışlığı ilə başlayacaq.Sonra qonağı olacağı ev üçün hədiyyə seçəcək. O gəzərək acacaq və yemək istəyəcək. Sonra evə daxil olacaq. Eyni zamanda qonağı olduğu ev ilə ən əsası isə bişiriləcək yeməklərlə tanış olacaq. Aparılan söhbətlər daha çox əyləncəli olacaq ki, izləyicilər sıxılmasın. Qonağı olduğu evin sahibi aparıcını hazırladığı yeməklə tanış etməli və doymasını təmin etməlidir. Verilişdə bəzən aparıcı ev sahibləri ilə əyləncəli oyun da təşkil edə bilər. Evdə hər hansı ərzaq yoxdursa aparıcı yaxınlıqdakı bazara gedib, ev yiyəsinə lazım olan ərzağı alacaq. Çəkiliş zamanı Elvis qonağı olduğu məkanın folklor nümunələri, musiqiçiləri, sənətkarı ilə tanış olacaq. Əgər çəkiliş günü həmin yerdə el şənliyi varsa aparıcı həmin şənliyin qonağı olacaq. Ən sonda isə aparıcı daha bir evin qonağı olacaq. Həmin evin sahibi də yaşadığı yerin ən məşhur şirniyyatını hazırlayaraq aparıcını çay süfrəsinə qonaq edəcək.