TÜRK ŞOU-MAQAZİN

ŞƏNBƏ 15:30


Veriliş birbaşa Türkiyə şou biznesi haqqındadır. Məqsəd Azərbaycanlı tamaşaçıları türk kino və estrada ulduzları ilə yaxından tanıtmaq, türk ulduzlarının yaşayış tərzi, xatirələri, yaradıcılıq planları və s. ilə tanış etməkdir. Verilişin əsas özəlliklərindən biri “ARB Şəki”nin xüsusi reportyorunun Türkiyəyə ezam olunaraq, verilişin bütünlüklə Türkiyədə çəkilməsi, türk seriallarının çəkiliş məkanından, konsert zallarından isti-isti görüntülərin əldə edilməsi, aktyorların və müğənnilərin evlərindən eksklüziv materialların hazırlanmasıdır. Digər təqdirəlayiq hal kimi isə, aparıcının Azərbaycanı tanıtmaq, sevdirmək və dilimizi təbliğ etmək məqsədilə sualları məhz Azərbaycan dilində verməsi, müsahibəni doğma dilimizdə almasıdır.