ÖMRÜN FƏSİLLƏRİ

BAZAR 10:00

 

Məqsəd öz peşəsində sözünü demiş ictimai şəxslərin, ölkədə və dünyada tanınan sənət adamlarının (əsasən xanımların) keçdiyi ömür yolunu tamaşaçıya göstərməkdir. Qonaq studiyaya ayaq basdığı andan, çəkilişə hazırlıq mərhələsi də daxil olmaqla, lentə alınır. Jestləri, mimikaları, rəftarı və həyatına aid xatırlatmalara verdiyi reaksiya yaradıcı heyətin diqqətində saxlanılır. Bu anlar fotolara həkk olunur. Qonaq əsas pavilyona daxil olduqdan sonra müsahibə başlayır. Çəkiliş boyu verilişin rəssamı tabloda qəhrəmanın portretini yaradır. Tablo və fotoşəkillər sonda qonağa hədiyyə edilir.