Veriliş şikayətçiyə problemdən "Çıxış yolu"nu göstərir.Ailə-məişət mövzusunda, hüquqi zəmində çıxılmaz hallarla üzləşən hər kəs verilişə müraciət edə bilər. Çəkiliş komandası hadisəni araşdırır, lentə alır, şikayətçi ilə qarşı tərəfi görüşdürür və onlara çıxış yolu təklif edir.Hər həftənin cümə günü müxtəlif insanların problemlərinə aydınlıq gətirilir. Bir sözlə, komanda ölümdən başqa bütün problemlərdən çıxış yolu olduğunu tamaşaçıya bir daha xatırladır.