GƏLİN DANIŞAQ

HƏFTƏ İÇİ 12:00

 

Verilişdə ictimai şəxslər, müxtəlif peşə sahibləri ilə söhbət aparılır, onların həyat və yaradıcılığına aid maraqlı məlumatlar və görüntülər 

tamaşaçılara təqdim olunur. Hədəf götürülən auditoriya qadınlardır. Buna görə də verilişdə əsasən xanımları maraqlandıran söhbətlər aparılır, mətbəx, gözəllik və sağlamlıqla bağlı məlumatlar yer alır. Verilişi 2 komandada birləşən redaktor qrupu, çox sayda operator, səs operatorları, rejissorların daxil olduğu peşəkar texniki heyət ərsəyə gətirir.