Sosial-ictimai komediya janrında olan “İdarə” adlı çoxseriyalı bədii filmin əsas məzmunu cəmiyyətdə baş verən yeniləşmələr və bu yeniləşmələrə qarşı mübarizə aparan qüvvələrin müqaviməti təşkil edir. Yenilik tərəfdarı olan baş qəhrəman Aydın, digər tərəfində isə hər fürsətdə onu sarsıtmaq üçün planlar quran bir qrup passiv düşüncəli köhnə kollektiv dayanır. Vəzifəyə təyin olduqdan sonra yaranmış vəziyyətdən sui-istifadə edən qohumların “işə düzəltmə” davası başlayır. Yalnız atasından dəstək alaraq qarşı qüvvə ilə açıq şəkildə mübarizəyə başlayır. Bir müddət sonra Aydın bu mübariəzinin əhəmiyyətsiz olduğunu düşünərək işdən çıxmağa qərar verir. Elə həmin an gələn xəbər onun yenidən bu mübarizəyə qoşulmasına səbəb olur.