GÜNƏ DOĞRU

HƏFTƏ İÇİ 07:50

Taksi sürücülərinin süni qiymət artırması.Qəsdən yolun uzadılması, bilərək yüksək xidmət haqqı tələbi.Yola bələd olmayanlar necə aldadılır? 
Ölkəmizdə rodon qazı təhlükəsi.Hansı ərazilərə yığıla bilər və fəsadları nədir? 
Yollardakı informasiya lövhələri dezinformasiya yayır? Ləğv edilən və istiqaməti dəyişdirilən marşurut nömrələri niyə hələdə tablolarda saxlanılır? 
Bəzi ölkə adlarının dilimizdə necə səslənməli olduğunu hələ də tapa bilməmişik.Qətər, yoxsa Qatar... Çernoqoriya, yoxsa Monteneqro? - hansı düzgündür? Dilçilər arasında fikir ayrılığının səbəbləri nədir?



Veriliş aktual sosial-ictimai mövzulara toxunaraq, aparıcı xəbər saytlarının manşetlərini önə çəkir. Bu mövzular ətrafında araşdırma süjetləri hazırlanır, ekspert və mütəxəssislərin rəyi öyrənilir. Qaynar xəttə gələn zəng və müraciətlər dinlənilir və elə canlı efirdəcə aidiyyatı qurumların məsul işçiləri ilə telefon bağlantıları yaradılır, problemin həlli istiqamətində operativ addımlar atılır. Tamaşaçılar sosial şəbəkələr vasitəsi ilə də müraciət edə bilirlər. Təbii fəlakət, eksklüziv hadisə, gündəmə gələn maraqlı faktla bağlı, bir sözlə, ən qaynar xəbərləri operativ şəkildə tamaşaçılara çatdırmaq üçün “Günə doğru” xüsusi buraxılışlarla da efirə çıxır.