ARB Media Qrup

"ARB MEDİA QRUP"

Cənubi Qafqazın ən böyük media tərəfdaşlıq layihəsinə ümumilikdə 9 telekanal (1 ümumrespublika yayımçısı - "ARB TV"; 5 bölgə televiziyası - "ARB Kəpəz", "ARB Şəki", "ARB Aran", "ARB Şimal", "ARB Cənub"; peykdə yayımlanan 3 tematik telekanal - "ARB 24", "ARB Günəş", "ARB Ulduz") və 1 radio kanalı ("Kəpəz FM") daxildir. 

 

"ARB TV" bütün ölkə ərazisində açıq yayımdadır. Telekanalı AZERSPACE 1 peyki üzərindən və kabel televiziya operatorlarının xidmətlərindən istifadə edərək izləmək də mümkündür. 

 

"ARB 24" ölkənin ilk xəbər kanalıdır. Telekanal fasiləsiz, hər 30 dəqiqədən bir, ölkə və dünya gündəmindən ən önəmli xəbərləri, ən operativ şəkildə tamaşaçılara çatdırır. Telekanalı AZERSPACE 1 peyki üzərindən izləmək də mümkündür.

 

Ölkənin ilk uşaq kanalı "ARB Günəş"in məqsədi azyaşlı tamaşaçılara maraqlı verilişlər və cizgi filmləri təqdim etməkdir. Yeni mövsümdən etibarən telekanal daha rəngarəng efir konsepsiyası ilə balacaları sevindirməyə davam edir. Telekanalı AZERSPACE 1 peyki üzərindən və kabel televiziya operatorlarının xidmətlərindən istifadə edərək izləmək də mümkündür. 

 

"ARB Ulduz" isə zövqlü musiqi və əyləncə axtaranların yeni ünvanıdır. Telekanal gələcəkdə yeni və daha maraqlı layihələrlə də  tamaşaçıların qarşısına çıxacaq. Telekanalı AZERSPACE 1 peyki üzərindən izləmək də mümkündür. 

 

Gəncədə fəaliyyət göstərən "ARB Kəpəz" televiziyası qərb bölgəsini əhatə edir. Telekanal tamaşaçılara bir-birindən maraqlı proqramlar təqdim edir.

 

"ARB Şəki" bölgə televiziyası Şəkidə fəaliyyət göstərir. Telekanal informativ, əyləncəli proqramları ilə şimal-qərb bölgəmizdə yaşayan tamaşaçıların qarşısına çıxır.

 

Yevlaxda fəaliyyət göstərən "ARB Aran" telekanalı aran bölgəmizi əhatə edir. Televiziya rəngarəng efir toru ilə geniş tamaşaçı kütləsinə xitab edir.

 

"ARB Şimal" bölgə televiziyası Xaçmazda fəaliyyət göstərir. Telekanal şimal bölgəsini əhatə edir, şimal bölgəmizlə bağlı ən mühüm yenilikləri çatdırır, fərqli verilişləri ilə tamaşaçıların görüşünə gəlir.

 

Lənkəranda fəaliyyət göstərən "ARB Cənub" cənub bölgəmizi əhatə edir. Telekanal maraqlı verilişləri ilə illərdir ki, tamaşaçıların qarşısına çıxır.