“Kişiyə yaraşan hərəkət deyil” – Səmimi etirafçı olan mal-qara oğrusu üzr istədi – VİDEO

03 2020 12:36

İsmayıllıda mal-qara oğurlayan “dost”lar saxlanılıb.

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun 4 nəfər Qəzli və Quşencə kənd sakinləri onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat veriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrafil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Saxlanılan şəxs: “Ağılsızlığımızın ucbatından oldu. Etdiyimizə peşmanıq. Nəyə lazım idi? Kişiyə yaraşan hərəkət deyil. Camaat əziyyətlə heyvan saxlayır. Peşmanıq. Şeytan girdi qəlbimizə. Heyvanların yiyəsindən də üzr istəyirik”.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

https://youtu.be/zJ3opGsr7T4