Uşaqların həyatı üçün təhlükəli olan bezlər - VİDEO

24 2020 16:07

Son günlər bir çox valideynlər körpələri üçün alıb, istifadə etdikləri bezlərdən şikayətlənir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

Bu yaxınlarda Şəhanə adlı bir tamaşaçımız bizə göndərdiyi foto isə, hər kəsi mat qoyub.

Şəhanə Orucova (Şikayətçi): “Bezi mən hardasa uje 10 aydır istifadə edirəm, birinci dəfədir belə bir şeyə rast gəlirəm. Bezin içini açdım gördüm taxta, şoka düşdüm, belə bir şey olmamışdı”.

Bəli, yanlış eşitmədiz... Lakin bu nə ilk, nə də son şikayət deyil, elə buna görə də ekspertlər anaları diqqətli olmağa çağırır.

Aytən İsmayılzadə (pediatr): “Məsləhətim budur ki, ucuz deyib, keyfiyyətsiz bir şey almasınlar uşaqlarından ötrü. Çünki uşaq bununla daima təmasda olur və biz onun mənfi təsirlərini həmin dəqiqə görməsəkdə, daha sonrakı vaxtlar, nə vaxtsa üzə çıxa bilər, amma biz bunu bezlə əlaqələndirə bilmərik”.

Pediatrlar məsləhət görür ki, valideynlər etibar etdikləri markalardan alsınlar və əsas məsələ də bezin bahalı olması yox, onun geniş kütlə tərəfindən tanınmasıdır.

Eyyub Hüseynov (Ekspert): “Birinci istehlakçılar fikir verməlidirlər ki, mallar sertifikatlaşdırılmış mallardır ya yox?!”

Aytən İsmayılzadə (pediatr): “Bezlərin də tərkibində maddələr ola bilir. Bu maddələr yavaş-yavaş uşağın qanına keçə bilir. Orada bir istixana mühiti yaranır isti və təmas olur. Bundan başqa həmin o maddələrin hesabına dəridə qıcıqlandırıcı bişməcə xarakterli biz bir şeylər görə bilərik, bu, səpgi ola bilər, qızartı ola bilər”.

Ləman Cəfərova (Allerqoloq): “Paketlənmiş bezlərdən açıq şəkildə satılan bezlər gigiyenik deyil, onlar hər hansı bir mikrobla artıq infeksiyalaşmış ola bilərlər”.

Nazirlər kabinetinin 94 saylı qərarına görə, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən uşaq bezləri milli dildə markalanmalıdır.

Eyyub Hüseynov (Ekspert): “Azərbaycan dilində üzərində onun istifadə qaydaları və b. göstərilməlidir. Əgər bu istifadə qaydaları milli dildə göstərilməyibsə, almaqdan imtina edilməlidir”.

Körpə dərisi çox həssas və zərif olduğu üçün həmin bezlərin hansı materialdan hazırlandığı çox önəmlidir.

Ləman Cəfərova (Allerqoloq): “Əsasən 3 ana xam maddə istifadə olunur. Bunlardan biri ağacdan alınmış kağız materialı digəri neft məhsullarından alınan polietilen materialıdır və birdə qida da çox istifadə olunan xüsusi bir material var ki, onu daha çox bezin iç qatı, yəni dəriyə təmas edən qatında istifadə edirlər

Aytən İsmayılzadə (pediatr): “Hər halda bunun istehsalı üçün hər hansısa bir maddələrdən, xammaldan istifadı olunur. Bu xammal isə uşaq səhhəti üçün təhlükəsiz olmalıdır. Dünya səviyyəsində sertifikat almış, yəni artıq təsdiqini tapmış bezlərə müraciət etməyimiz daha məqsədəuyğundur”.

Unutmayaq ki, körpələrimizin sağlamlığı bizim əlimizdədir. Ona görədə sonradan peşmançılıq çəkməmək üçün bu mövziya məsuliyyətli yanaşmağımız məsləhətdir.