Yaşar Nuri Firəngizi sevirdi - Həyat yoldaşı ETİRAF ETDİ - VİDEO

03 2020 14:29

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində Azərbaycan Respublikasının xalq artisti, mərhum aktyor Yaşar Nurinin həyat və yaradıcılığından danışılıb.

 

Verilişin qonağı olan mərhum xalq artistinin həyat yoldaşı  ‎Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva onunla bağlı xatirələrini bölüşüblər. Rəhimə Nuriyeva ilk dəfə olaraq ARB-nin efirində mərhum xalq artistinin Firəngiz Mütəllimovanı sevdiyini etiraf edib:

 

“Yaşar Nurinin heç kimlə şəxsi münasibəti olmayıb. Hamı ilə eyni səviyyədə münasibət göstərib. Yeganə adam Arif Quliyev idi ki, bizə gəliş-gedişi olub. Qadınlarla da eyni cür münasibətdə olub. Firəngiz xanımı isə sevib. Amma buna baxmayaraq Yaşar dünyasını dəyişəndən sonra heç kim bizə gəlib-getmədi”.