“Arı dilimdən sancdı” - Emma xatirələrindən DANIŞDI - VİDEO

03 2020 14:27

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Emma Ələkbərzadə olub.

Müğənni uşaqlığı ilə bağlı maraqlı xatirəsindən danışıb:

“Uşaqlığımız çox gözəl keçib. Mənim atam, anam, nənələrim, babalarım bizə ən gözəl uşaqlıq bəxş ediblər. Hansı kəndə, rayona aparırdılarsa nənəmlə orada qalırdım. Anadan yapışan uşaq olmamışam. Kənddə atamın maşınında oturmuşdum. Seva ilə oynayırdıq. Maşının da pəncərəsi açıq idi. Mən də Sevdaya dil çıxaranda arı gəlib düz dilimdən sancdı. Məndən bir qışqırıq çıxdı ki...”.