“Səndəki kişiliyə vuruldum” – Nadir Qafarzadə Əsədə baş çəkdi – VİDEO

27 2020 16:01

ARB TV-nin “Elgizlə İzlə” verilişində Əsədlə bağlı süjet yayımlanıb.

Müğənni Nadir Qafarzadə Əsədi ziyarət edərək ona yardım edib.

Sənətçi Əsədin yaşadıqlarından təsirləndiyini dilə gətirib:

“Əsədlə bağlı süjetə baxdıqdan sonra pis oldum. Əsəd, sən məni ağlatmısan, səndəki kişiliyə vuruldum”.

Xatırladaq ki, “Elgizlə İzlə” verilişinə müraciət edən Əsəd adlı yeniyetmənin yaşadıqları hər kəsi təsirləndirmişdi.