Amaliya Pənahovanı teatrdan incik saldılar - VİDEO

25 2020 14:38

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində Azərbaycan Respublikasının xalq artisti, mərhum aktrisa Amalya Pənahovanın həyat və yaradıcılığı müzakirə olunub.

 

Mərhum sənətkarla bağlı xatirələrini danışan xalq artisti Əli Nur onun teatrdan küskün olduğunu dilə gətirib:

 

Amalya Pənahova gözəl sənətkar olmaqla yanaşı, həm də gözəl dost, yoldaş-tərəf müqabili idi. Amma Amalya xanım teatrdan incik düşdü. Bilirsiniz, bir teatra rəhbər gələndə gərək ədalətdli olsun, rolları ədalətlə bölsün. Bəzən teatr rəhbərləri təzə gələndə başlayırlar kimləsə intriqa-düşmənçilik aparmağa, kimdənsə qisas almağa. Amalya xanımın incik düşməsi mənim gözlərimin qarşısında baş verdi”.