“Sinəmdə estetik əməliyyat yoxdur” - Mina – VİDEO

21 2020 15:17

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Mina Hüseyn olub.

Sənətçi, açıq-saçıq geyimlərindən və verdiyi pozlardan danışıb:

“Bütün dünyada açıq geyinənlər tənqid olunur da, sevilir də. Məsələn,  Cenifer Lopez, Beyons. Uşaqlıqdan onları bəyəndiyim üçün özümü belə obrazda görürəm. Yəni ki, burada ayıb bir şey görmürəm”.

Müğənni, açıq-saçıqlığın və cəsarət tələb edən geyimlərin səhnə imici olduğunu dilə gətirib:

“Kameraya görə hər şey etmək olar. Amma gündəlik həyatda əlbəttə Mina papaq taxır, bağlı geyinir. Səhnə üçün belə olmaq normaldır”.

Mina onu tənqid edənlərə də cavab verib:

“Düşünürəm ki, onlar tənqid yazmaqla bizi gündəmə gətirirlər. Mənə abırsız deyirlərsə, abır geyimlə ölçülmür. Abırsız onların özləridir”.

İfaçı bədənində estetik əməliyyatın olmadığını da qeyd edib:

“Heç bir estetik əməliyyat etdirməmişəm. Nə sinəmdə, nə bədənimdə, nə də burnumda. Bunu həkim yanına gedib sübut da edə bilərəm. Amma necə, bilmirəm. Hər şey özümündür”.