“Çılğın xanımam, çiynimi oynadıram” – Avtomobildə rəqs edən Şəbnəm Tovuzlu – VİDEO

19 2020 16:48

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni  Şəbnəm Tovuzlu olub.

Müğənni, Nərmin Kərimbəyovanın “Şəbnəm Tovuzlu məni təqlid edir” deməsinə etirazını bildirib:

“Vallah tanımıram o kimdir. Kimdir o xanım? Siz məni illərdir tanıyırsız. Mən həyatda çılğın xanımam. Rəqsi, deyib-gülməyi, zarafatlaşmağı sevirəm. Bu mənim həyat tərzimdir. Kənarda necə, efirdə də eləyəm. Efir xətrinə belə deyiləm. “Instagram” səhifəsini belə izləmirəm, bilmirəm kimdir. Avtomobillə gedərkən belə bir musiqi sümüyümə düşürsə rəqs edirəm, çiynimi də oynadıram. Oynamağı sevirəm. Yeni sənətə gəlir, sənətinə bir söz yoxdur. Nərmin xanımı bugün heç kəs tanımır.  Öz ətrafı tanıya bilər və sevənləri də var. Amma gəlin etiraf edək ki, yeni efirə çıxıb özünü tanıtmaq istəyən ifaçılar, hansısa tanınmış bir ifaçının adını çəkir ki, onun üçün gündəm olsun”.

Qeyd edək ki, müğənni Nərmin Kərimbəyova Şəbnəm Tovuzlunun onu təqlid etməsi ilə bağlı açıqlama verib. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.