“Uşaq səsi gələndə başımı divara vurmaq istəyirəm” – evli Elvin Abdullayev – VİDEO

18 2020 15:32

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı ifaçı Elvin Abdullayev olub.

Müğənni yaradıcı insanın ailə qurmasının düzgün olmadığı qənaətindədir:

“Subay vaxtı da, indi də fikirləşirəm ki, yaradıcı insanın evlənməyi düzgün deyil. Evdə nəyisə etmək istəyirsən bir də görürsən ki, uşaqlar qışqıra-qışqıra gəlir. Beləcə baxırsan ki, nələrisə uyğunlaşdıra bilmirsən. Amma evlənmisənsə şou əhli olma lap adi insan ol, ailənin başında olmalısan. Tək qalmağı sevirəm. Evdə uşaqların səsi gələndə başımı divara vurmaq istəyirəm. Çünki başım səs götürmür”.