Sürücülük imtahanlarına tibbi suallar da salınmalıdır? - VİDEO

14 2020 17:00

Hər il yüzlələ insan avtomabil qəzası nəticəsində həyatını itirir. Hal bu ki, onların bəzilərini ilkin tibbi yardım göstərməklə ölümdən xilas etmək olar. Bunun üçün sürücülər məlumatlı olmalı ani baş vermiş qəzalar zamanı  xəsrət alan şəxsə ilkin tibbi müdaxiləni etməlidir. Bəs sürücülərimiz bunu edə bilirmi?  

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Sürücü: “Bəzi nəqliyyat vasitələrində tibb çantası belə yoxdur, bir çox sürücü heç ilkin tibbi yardımın nə olduğunu bilmir, anlayışı yoxdur”.

 

Baş verən qəzalar zamanı qan axma, sümük sınıqları,  nəfəs tutlması və digər hallar nəticəsində xəsarət alan şəxs şoka düşə bilər. Bunun qarşısını almaq bəzən mümkün olur. Sadəcə düzgün müdaxilə tibbi yardım gələnə qədər qarşı tərəfi vəziyyətdən çıxara bilər.

 

Zaur Əlibəyov – Həkim: “Məsələn bir qanaxma olur, onu bilmək lazımdır ki, haradan bağlamaq lazımdır. Əslində bunlar adi, hamının bilməli olduğu bir şeylərdir, sadəcə bəziləri bundan xəbərsizdir”.

 

Ekspert Bəxtiyar Əmirli bildirir ki, sürücülük imtahanlarında itibbi biliklərlə bağlı çox az suallar tərtib olunur.  Ümumilikdə bu sahədə tədris də zəif  aparılır. Nəticədə əksər sürücülər bu amilə əhəmiyyət vermir.

 

Bəxtiyar Əmirli – Ekspert: “Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanlarda da 10 sualdan biri də tibbdən düşmür. Düşsə belə bir suala güzəşt edilir deyə, imtahan verən şəxslər bu suala cavab vermirlər. Ona görə də bu istiqamətdə məsuliyyət olduqca azdır”.

 

Sürücülərin hazırlığı ilə bağlı 1974-cü ildə beynəlxalq səviyyədə  standartlar qəbul olunub və “Sürücü nəyi bilməlidir” proqramı təsdiq edilib. Bura tibbi biliklərin öyrənilməsi də daxildir.  Mütəxəssislər bildirir ki, ilkin tibbi yardım bilikləri  məktəblərdə də geniş tədris olunmalıdır.

 

Zaur Əlibəyov – Həkim: “Bəzən sürücülər ilkin tibbi yardım etməyə belə çəkinirlər. Bəlkə də ona görə çəkinirlər ki, tibbi yardım qaydalarını bilmirlər. Ona görə də ilkin tibbi biliklər məktəblərdə uşaqlara öyrədilməlidir. Daha uşaq yaşlarından hər kəs bu sahədə minimum məlumatlı olmalıdır.

 

Ölkə ərazisində   2019-cu ildə yol nəqliyyat hadisəsi zamanı 821  nəfər həyatını itirib  1702  nəfər isə yaralanıb.