“Mənə qıcıq verən müğənnini... ” - Anar Ağakişiyev – VİDEO

13 2020 16:32

ARB TV-nin “Show news” verilişininin növbəti müsahibi stilist Anar Ağakişiyev olub.

Stilist şou-biznesdəki iküzlü insanlardan danışıb:

“Gülüncdür. Bugün məni tərifləyir, sabah o birini. Elə şeylərə fikir vermirəm. Ümumiyyətlə neqativdən uzağam. Qoy özünü şirin göstərsin, amma nə halı varsa görsün. Dərinliyə getmirəm. Hər hansı bir müğənni mənə əsəb, qıcıq verirsə görməzlikdən gəlirəm. Müğənni ilə çalışmaq mənim sənət fəaliyyətimdə 15 il öncədə qalıb. Məncə müğənnilərlə gənc nəsil işləsin”.