“Öldü sözünü dilimə gətirə bilmirəm” - Səidə Dadaşova atasının ölümündən danışıb AĞLADI – VİDEO

05 2020 15:13

ARB TV-nin “Ona qalsa” verilişininin növbəti qonağı, xalq artisti Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova olub.

Müğənni, atasını itirdikdən sonra yaşadığı çətinlikdən danışıb:  

“Bəla mənim üçün o idi ki, qol-qanadım sındı, dünyam dəyişdi. Öldü sözünü dilimə gətirə bilmirəm. Sadəcə elə bilirəm ki, uzaqdadır, amma cavab yoxdur. Sanki ona yazdıqlarımın və dediklərimin cavabını ruh əkizi kimi içimdə bildiyim üçün özümü elə rahatladıram. Çox çətindir. Əlimdən kaş elə atam tutsaydı, çünki çox insanları tanıdım. Yanımda yoldaşım, qardaşım və atamın adını daşıyan oğlum var. Deyirəm ağlamayacam, amma mümkün deyil”.