“Açıq-saçıq geyinə bilmərəm” - Şəbnəm Tovuzlu onu zövqsüz adlandıranlara SƏSLƏNDİ - VİDEO

01 2020 16:18

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Şəbnəm Tovuzlu olub.

Müğənni onu zövqsüz adlandıranlara səslənib:

“Kim mənə zövqsüz deyirsə
, qoy desin. Təki mən abırımla zövqsüz olum. Eybi yox. Abırsız, dekoliteli geyimlər zövqdürsə siz geyinin. Siz zövqlü olun, qoyun mən zövqsüz olum, nə olar. Açıq-saçıqlığı tərz-modamı bilirlər? Mən ailəli insanam. Açıq-saçıq, biədəb geyimləri geyinə bilmərəm. Çünki ən azından mən qız, oğul anasıyam, həyat yoldaşıyam. Ona görə mən həmişə geyimimə fikir verirəm. Bütün geyimlərimi də kontrol edirəm, çox da gözəldir”.