Yaşar Nurinin qızının sponsuru kimdir? – Özü AÇIQLADI - VİDEO

30 2020 15:38

Mərhum xal artisti Yaşar Nurinin müğənni qızı Ülkər Nuriyeva, ARB telekanalına ekskluziv müsahibə verib.

Belə ki, maraqlı açıqlamaları ilə diqqət çəkən Ülkər, insanların onu bəzən ilk baxışdan düzgün tanımadıqlarını deyib:

“Papa sağ olsaydı əlbəttə səhnədə olardım. Çox adam deyir ki, yox icazə verməzdi, oxumazdın. Yaşar Nuri öz qızının istedadını görsəydi, hətta bəlkə də aktrisa olmağa icazə verərdi. Efirlər tez-tez çağırmırlar, mən sənəti atsam, bəziləri çox sevinər. Yaşar Nurinin qızı indiyə kimi geyinib-keçinib, Vallah mən 1999 – 2000-ci ildə geyinən paltarları bəziləri indi geyinirlər. Atam mənim geymimi də görüb, heç vaxtdı deməyib ki, onu geyinmə, bunu geyinmə. Mən geyinmişəm, geyinirəm, geyinəcəm də. Mənə heç kimin fikri önəmli deyil. Dolanışığımız odur ki, bacım işləyir. Bacımın öz ailəsi, öz övladı, öz uşağı var. Anama mən baxıram, evimə mən baxıram, hər şeyi mən edirəm. Bacım da arada gəlir, biz anama kömək edirik. Mənə hərdən deyirlər ki, Yaşar Nurinin qızını kimsə saxlayır, məndə düşünürəm  ki, yaxşı, Yaşar Nurinin qızının saxlayanı var. Yaşar Nurinin qızının maşını yoxdu, gəlsinlər baxsınlar ki, mənim necə balaca evim var. Bəziləri kimi navastroykalarda qalmıram. Bu instaqram hamının evini yıxıb. Yazırlar şəkilimin altına ki, Yaşar Nurinin qızı yüngül hərəkət edir. Mən müğənni adamam, oynaya da bilərəm rəqs də edə bilərəm, mən özümü çəkə də bilərəm. Yaşar Nurinin qızı, Yaşar Nurinin qızı… Yaşar da bir insan olub, aktyor olub, tanınmış bir sima olub. İndi onun qızı müğənnidir, oxuyur, heç kimlə də işi yoxdur ki?! Mən ailə dağıtmıram, kiməsə gedib yalvarmıram, oturmuşam, başımı aşağı salmışam. Restoranda işləyirəm, məclislərdə oxuyub pulumu qazanıram. Ola bilər ki, sabah qarşıma elə bir insan çixa ki, imkanlı bir adam ola bilər və mənə deyə bilər ki, Ülkər mən səni sevirəm. Mən də onu sevə bilərəm və mənə dəstək ola bilər. Ancaq o şərtlə mən onun dəstəyini qəbul edərəm ki, bir birimizi sevək. Mən həyatda heç kəsə möhtac olmaq istəmərəm, heç bir kişiyə möhtac olmaq istəmərəm. İnşallah maşınımı da alacam, anam istədiyi evi də alacam. Bir bağ evim var, hamının başına daş düşüb. Mənim bağ evim remontsuz bağ evidi. Heç bir remontu yoxdur”.