Karantin rejiminə əməl etməyənlər: “Vəziyyət adi gündəkindən fərqlənmir” – VİDEO

27 2020 15:37

Bakıda gecə saatları və karantin rejim qaydaları qüvvədə olsa da avtomobil axını adi günlərdəkindən heç də fərqlənmir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Artıq iki aya yaxındır ki,eyni sözləri eyni bəhanələri eşdirik. Və hər gün də əhaliyə çağırış olur – Lüzumsuz yerə evdən bayıra çıxmayın. Amma nə fayda, küçələrdə maşın, avtobuslarda sərnişin kifayət qədərdir.

Polis əməkdaşı: “Gediş-gəlişi imkan daxilində sutkanın günüz vaxtlarında istifadə etmək lazımdır”.

Şəhərin mərkəzində olduğu kimi şəhər 
ətrafı ərazilərdə də postlar mövcuddur. Və hər bir postda avtomobil sıxlığı müşahidə edilir. Görünən odur ki, gecə saatlarında yuxunun şirin vaxtlarında küçələrdə insanlar gözə dəyir”.

Dəyişməyən bir şey var, polisin nəzarəti və hər gün eyni sözlərin təkrar-takrar işlənməsi.

Pərviz Allahverdiyev - Binəqədi DYP-nin inspektoru: “İcazəsiz evdən çıxan sərnişinlərin əksəriyyəti avtobuslarda olan vətəndaşlardır. Minik maşınlarında artıq sərnişin aparmaq da müşahidə edilir. SMS-lər məlum məsələdir ki, insanlar gündəlik tələbatları üçün verilib. Amma xahiş edirik bunları günün gündüz vaxtları etsinlər”.

Aprelin 1-dən 25-dək ölkə üzrə avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38 min 766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Bundan nəticə çıxaran da var, çıxarmayan da.