“Çox əziyyət çəkirəm, hər kəs məni sevəcək …” – Aysun - VİDEO

23 2020 15:17

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Aysun İsmayılova olub.

Müğənni sənətdə olmağın çətinliklərindən danışıb:

“Bu sənət bəzən insana xoş gəlmir. İkiüzlü insanlar, gələcək həyatınla bağlı yaranan problemlər və bunun kimi səbəblər. Bizdə müğənnini müğənni kimi qəbul etmirlər, gərək üstünə nəsə yaxalar. Hər kəs məni sevəcək deyə bir şey yoxdur. Özüm də iddia etmirəm ki, muğam oxuyacam. Amma çalışıram, vokal dərsləri alıram, işimin üstündə çox əziyyət çəkirəm ki, istədiyim o pik nöqtəyə çatım. Yoxdur demək də düzgün deyil, az da olsa səsimiz var”.