“Hərtərəfli olmalıdır, insanlara hər şey maraqlıdır” - Natavan Həbibi – VİDEO

23 2020 11:08

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Natavan Həbibi olub.

Müğənni gündəmi alt-üst edən trend mövzusundan danış
ıb:

“Əsil peşekarlar bunlara baxmadan düz yolu tapacaq və seçilmiş olacaq. Dünyada musiqiyə dəyər verən insanlar var və hər zaman da olacaq. Ona görə də narahat deyiləm. Hərtərəfli olmalıdır ki, seçim olsun. Bir də görürsən ki, elə bir mahnı trenddə olur ki, mən mahnı çıxaranda o da trendə düşür. Bu nə deməkdir? O deməkdir ki, bu gün insanlara hər şey maraqlıdır. Həm bu, həm də o müğənni maraqlıdır. Niyə də baxmasınlar? Hər insanın oz publikası olacaq. Mənəm-mənəm deyənlərin sonlarını görürük.  Ulduz xəstəliyini yaşayırlar və elə gözümüzün qabağında  Allah bumeranq kimi bir hadisəni başına gətirir və sürətlə yerə düşür”.