Pandemiyaya çevrilən saxta dərmanlar – VİDEO

20 2020 13:14

Koronavirus pandemiyası işbazlar və dələduzlar üçün əlavə qazanc üçün imkan dayardıb. Beynəlxalq Polis təşkilatı (interpol) insanlara müraciət ünvanlayıb.  Təşkitalın məlumatına görə, Onlayn satış portallarında saxta və standartlara cavab verməyən tibbi vasitələr və dərmanların elanları artmaqdadır. Bu cür məlumatların içərisində də ən çox guya COVİD-19 virusuna təsir edən həblər, testlərin satış elanları üstünlük təşkil edir.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

İlqar Hüseynli – Ekspert: “Burda 15 milyon dollarlıq bir büdcədən söhbət gedir. İnterpolun son məlumataına görə, artıq 121 nəfərdən ibarət 37 cinayətkar qrup yaxalanıb və onların bilavasitə fəaliyyəti sırf saxta dərman bazardır”.

 

Mütəxəssislər deyir ki, internet üzərindən  satış normal haldır amma  bu yolla dərman vasitələri almaq məsləhət deyil.

 

İsmayıl Zalov – Ekpert: “Hansısa dərman gətirilirsə, Səhiyyə Nazirliyinin ekspertizasından keçirilir, ona lisenziya verilir. Üzərində ştrixkod olmayan qutularda satılan dərmanlar isə saxta dərmanlardır. Firma dərmanları ola bilər, harda hazırlanıb, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilə bilər”.

 

Saxta kampaniya elanları barədə internet səhifələri, yüklənə bilən proqramlar, tətbiqlər və cihazı bloketmə funksiyaları ilə hazırlanır və  məlumatlarınız rahatlıqla onların əlinə keçə bilər. Eyni zamanda alacağınız məhsulu geri qaytarmaq kimi problemlər ortaya çıxa bilər.

 

Anar İsmayılzadə - Mütəxəssis: “Təhlükəsizliyi minimum səviyyədə olan saytlar fəaliyyətə başlayıb. Bu saytlar qlobal şippinqlə özlərinə istifadəçi cəlb edir. Hər hansı maskalar, dərmanlar və başqa vasitələr satırlar.vBunlardan istifadə edərək özləni cəlb edir və vəsait mənimsəyirlər”.

 

Saxta tibbi vasitə və ya dərmanların tərkibindən fərqli olaraq, onların örtüyü, qablaşdırılması yüksək standartlara cavab verə bilər, orijinal malla eyniliyi tam da ola bilər, bəzi hallarda yalnız laboratoriya təhlili və ekspertizalarla onların fərqliliyi müəyyən edilə bilir.

 

İlqar Hüseynli – Ekspert: “Bu barədə dəqiq yoxlamalar həyata keçirsinlər. Satışı təşkil edən şirkətin lisenziyası, onun qeydiyyatda olduğu ölkə ilə bağlı detallı məlumata malik olsunlar”.

 

Təkcə 2019-ci il ərzində gömürk orqanları tərəfindən 3,14 milyon manat dәyәrindә dәrman vasitәlәri aşkar edilib. Pandemiya ilə bağlı Sərhəd-gömrük buraxılış məntəqələrinin bağlanması ilə, qaçalmalçılıq halları azalsa da, internet üzərindən satılan bu kimi vasitə və preparatların satılması mövcudluğu sual doğurur...