Pərviz “Survivor” yarışması ilə bağlı hər şeyə aydınlıq gətirdi - VİDEO

20 2020 13:10

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi azərbaycanlı kikboksçu Pərviz Abdullayev olub.

Kikboksçu “Survivor” yarışması ilə bağlı yaranan bütün sualları cavablandırıb:

“Mənim yarışmanı tərk edəcəyimə Acun bəy başda olmaqla heç kim inanmırdı. Heç gözləmədiyim halda Elif adımı yazdı. Yarışmanı tərk edən zaman Elifi kənara çəkib, “bunu səndən gözləmirdim” dedim. O da mənə açıqlamasında qeyd etdi ki, sənin səsvermədə çox səs yığıb qalacağını düşündüyüm üçün adını dedim. Halbuki, Elif müsahibəsində, performansımın son həftədə zəif olduğunu və o səbəbdən Pərvizin adını dedim deyə qeyd edir. Mən orda da qeyd etdim ki, əgər bir yarışmada Ezgiyə məğlub olacamsa bundan sonra mənim orada yaışmağımın mənası yoxdur”.

Daha ətraflı sözügedən sujetdə: